28 sentyabr 2024, 13:00

Nürəddin Hümbətovdan, Tərtər, Azərbaycan

Hörmətli cənab Prezident.

Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş siyasi yol hazırda Sizin sayənizdə uğurla davam etdirilir. İşıqlı sabahlar, xoşbəxt günlər naminə məqsədyönlü sosial-iqtisadi siyasət həyata keçirilir. Regionların, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlərin müsbət nəticələri göz oxşayır. Bu işlərin növbəti illərdə də davam etdiriləcəyinə əminik.

Eyni zamanda, dövlətimizin və xalqımızın adı beynəlxalq aləmdə ehtiramla çəkilir, qalib xalq kimi qeyd olunuruq. Bu, böyük xoşbəxtlikdir, səadətdir, Ulu Öndər ideyalarının təntənəsidir.

Cənab Prezident, Sizə cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Hörmətlə,

Nürəddin Hümbətov

Azərbaycan Respublikası, Tərtər rayonu, Hacıqərvənd kəndi.