Şəhid anasından, Abşeron, Azərbaycan
Hörmətli cənab Prezident.
Siz Prezident seçildiyiniz ilk gündən respublikamızın suverenliyi, ərazi bütövlüyü üçün çalışmış, uzaqgörən siyasətiniz və iradənizlə buna nail olmusunuz. Bu yolda Siz “dəmir yumruq” ətrafında birləşən qəhrəman oğullarımızın fəaliyyətini daim yüksək qiymətləndirmiş, şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində çoxsaylı qərarlar vermisiniz.
Cənab Prezident, Sizin Sərəncamınızla 20 sentyabrın Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilməsi hər bir Azərbaycan vətəndaşı kimi məndə də böyük qürur hissi oyatdı. Bu tarixi qərar şəhidlərimizin əziz xatirəsinə verilmiş növbəti dəyərin bariz nümunəsidir. Bir şəhid ailəsi olaraq Sizə təşəkkür edirəm.
Hörmətlə,
Vüsalə Musayeva, şəhid anası.
Azərbaycan Respublikası, Abşeron, Xırdalan şəhəri.