01 oktyabr 2024, 15:20

Sərxan Musayevdən, Gəncə, Azərbaycan

Cənab Ali Baş Komandanım!

Qalib xalqın qəhrəman Ordusunun Müzəffər Ali Baş Komandanı kimi hər zaman Sizinlə fəxr edir və ətrafınızda sıx birləşdiyimizi qətiyyətlə ifadə edirik. Məhz Sizin sayənizdə milli birlik və həmrəyliyimizə, güc və qüdrətimizə və vahid xalq-millət ruhumuza bütün dünya şahidlik etdi. Xalqımızın birliyi, iradəsi və əzmkarlığı, Sizin yüksək idarəetmə bacarığınız və hərbi sahəyə ayırdığınız böyük diqqət sayəsində suverenliyimiz və ərazi bütövlüyümüz bərpa olundu.

Yaşasın qalib Azərbaycan!

Yaşasın Müzəffər Ali Baş Komandan!

Hörmətlə,

Sərxan Musayev

Azərbaycan Respublikası, Gəncə şəhəri.