01 oktyabr 2024, 18:01

Üzeyir Məmmədovdan, Lerik, Azərbaycan

Hörmətli cənab Prezident.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı bütün bölgələrimizdə olduğu kimi Lerik rayonunda da uğurla icra olunur. Bu il rayonumuzun mərkəzi küçələrinə, həmçinin kəndarası yollarına asfalt örtüyü vurulub. Bunlar hamısı rayon ictimaiyyəti tərəfindən böyük sevinc və minnətdarlıq hissi ilə qarşılanır. Çox sağ olun, var olun!

Cənab Prezident, görülən işlərə, Lerik rayon sakinlərinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə bütün leriklilər adından təşəkkür edirik.

Uca Allah Sizi və xalqımızı qorusun!

Hörmətlə,

Üzeyir Məmmədov, Qarabağ müharibəsi əlili.

Azərbaycan Respublikası, Lerik rayonu.