Lev Eppelbaumdan, Təl-Əviv, İsrail
Hörmətli cənab Prezident.
Bakıda keçirilən Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin I Forumunun təşkilinə, o cümlədən elmin inkişafına verdiyiniz dəstəyə görə Sizə minnətdarlığımı bildirirəm. Bu konfransda mən çox maraqlı insanlarla tanış oldum, müxtəlif sahələrə aid fikir mübadiləsi apardım və əlaqəli elm sahələrindəki bir sıra yeniliklər barədə məlumat ala bildim.
Bakı mənim sevimli şəhərimdir və mən hər dəfə bura gələrək doğma havamı udanda elmi araşdırmalar üçün yeni ilham mənbəyi alıram.
Bakı gözəl şəhərdir və mən hər dəfə dənizkənarı bulvarda gəzəndə öz-özümə təkrar edirəm ki, dünyanın heç bir şəhərində belə möcüzə tapa bilməzsən.
Bir daha Sizə minnətdarlığımı bildirir, Sizin rəhbərliyiniz altında Azərbaycanda elm və təhsilin daha da inkişaf edəcəyinə əmin olduğumu bildirirəm.
Dərin hörmətlə,
Lev Vilenoviç Eppelbaum, geofizik, professor.
İsrail Dövləti, Təl-Əviv şəhəri.