Bayram Kərimovdan, Gəncə, Azərbaycan
Hörmətli cənab Prezident.
Mən 3-cü qrup Vətən müharibəsi əliliyəm. Ölkəmiz, xalqımız üçün gördüyünüz işlər danılmazdır. Doğma Qarabağımızda sürətlə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri hər bir vətəndaş kimi məni də sevindirir.
Azərbaycan xalqı üçün ən ümdə məsələ dövlətimizin suverenliyinin bərpası idi ki, Siz buna nail oldunuz. Xalqımız Sizin əziyyətinizi unutmayacaq, adınız minilliklər boyu yaşayacaqdır.
Cənab Prezident, Sizin şəhid ailələrinə, müharibə iştirakçılarına və qazilərə göstərdiyiniz diqqət və qayğını daim üzərimizdə hiss edirik. Bizim sosial rifahımızın yaxşılaşdırılması istiqamətində görülən işlərə görə Sizə Vətən müharibəsi iştirakçıları adından dərin təşəkkürümü bildirirəm. Allah şəhidlərimizə rəhmət etsin!
Ulu Tanrı Sizi və dövlətimizi qorusun!
Hörmətlə,
Bayram Kərimov, 3-cü qrup Vətən müharibəsi əlili.
Azərbaycan Respublikası, Gəncə şəhəri.