02 oktyabr 2024, 11:30

Yulduz Rəhimovdan, Toronto, Kanada

Hörmətli Cənab Prezident!

Bakı şəhərində keçirilən Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin İlk Forumunun iştirakçısı olmaqdan böyük məmnunluq duydum. Bir daha əmin oldum ki, Azərbaycan Sizin müdrik rəhbərliyinizlə gündən-günə inkişaf edir və millətimizin gələcəyi naminə çiçəklənməkdədir.

Xüsusilə Sizin respublikamızda elm və təhsilə göstərdiyiniz diqqət və qayğı bizi fərəhləndirir və hər bir azərbaycanlını yaşadığı ölkədən asılı olmayaraq millətimizin gələcəyi üçün öz töhfələrini əsirgəməməyə çağırır.

Forum zamanı hər bir iştirakçı Sizin Dünya Azərbaycanlı Alimlər Birliyinin ərsəyə gətirilməsində və onun ilk forumunun yüksək səviyyədə keçirilməsində müstəsna dəstəyinizi dərin məmnunluqla hiss etdi.

Azərbaycanda elmin və təhsilin daha da inkişafı naminə gördüyünüz işlərə görə Sizə bir daha böyük minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Rəhimov Yulduz, York Universitetinin professoru.

Kanada, Toronto şəhəri.