Seymur Nəsirovdan, Qahirə, Misir
Möhtərəm cənab Prezident!
2024-cü il sentyabrın 9-11-də Bakı və Xankəndi şəhərlərində keçirilmiş Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumuna göstərdiyiniz qayğı və diqqətə görə Zati-alilərinizə dərin minnətdarlığımızı bildiririk.
Forum dünyanın müxtəlif ölkələrində məskunlaşmış azərbaycanlı alimlərin şəbəkələşməsi və onların Vətənimizin elm və təhsil sahəsinə verə biləcəkləri töhfələr baxımından böyük əhəmiyyət kəsb edir.
Forumda alimlərimiz çox dəyərli fikir mübadiləsi apararaq gələcək fəaliyyətimizlə bağlı önəmli təkliflərlə çıxış etdilər.
Torpaqlarımızın işğaldan azad olunması, sürətli yenidənqurma və bərpa işlərinin aparılması Azərbaycanın sürətli inkişafı Zati-alilərinizin uzaqgörən siyasətinin nəticəsidir. Xaricdə yaşayan bir azərbaycanlı ziyalı kimi, hər zaman Sizin və hörmətli Mehriban xanım Əliyevanın dəstəyini görürük. Sizin çıxışlarınız bizim üçün bir yol xəritəsidir. O yol xəritəsi ilə Vətənimizi layiqincə təbliğ etməkdə maksimum səy göstəririk.
Uca Allah Sizi qorusun!
Dərin hörmətlə,
Seymur Nəsirov,
Dünya Azərbaycanlı Alimlər Birliyinin həmsədri,
Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri,
Qahirə Universitetinin Azərbaycan dili müəllimi.
Misir Ərəb Respublikası, Qahirə şəhəri.