Hətəm Qocayevdən, Naftalan, Azərbaycan
Möhtərəm Prezident!
Azərbaycanın, eləcə də hazırda beynəlxalq turizm mərkəzlərindən sayılan şəhərimizin dünyada turizm məkanı kimi tanınması dövlətimizin bu sahəyə göstərdiyi diqqət və qayğının əyani təzahürüdür.
Cənab Prezident, Sizin müdrikliyiniz sayəsində ölkəmizdə digər sahələrlə yanaşı, sağlamlıq turizmi də günü-gündən inkişaf etməkdədir. “Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2024-cü il 28 sentyabr tarixli Sərəncamınız bizi çox sevindirdi və qürurlandırdı. Əminik ki, qeyd edilən Sərəncam nadir nefti ilə dünyada şöhrət qazanmış şəhərimizin inkişafına, əhalimizin rifah halının yaxşılaşdırılmasına, şəhərimizə gələn yerli və xarici turistlərin sayının daha da artırılmasına öz töhfəsini verəcək. Şəhərimizə, sakinlərimizə göstərdiyiniz hərtərəfli diqqət və qayğıya görə Sizə öz adımdan, eləcə də naftalanlılar adından dərin minnətdarlığımı və ehtiramımı bildirirəm. Vətənimizin, şəhərimizin inkişafı naminə gördüyünüz bütün işlərdə Sizə uğurlar arzulayıram.
Tanrı Sizi və ailənizi qorusun!
Hörmətlə,
Hətəm Qocayev
Azərbaycan Respublikası, Naftalan şəhəri.