08 oktyabr 2024, 12:00
Sevinc Heydərova və başqalarından, Gəncə, Azərbaycan
Hörmətli cənab Prezident!
Sizin uğurlu və məqsədyönlü siyasətiniz nəticəsində xalqımızın 30 illik torpaq həsrətinə son qoyuldu. İşğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün hazırda quruculuq, bərpa və abadlıq işləri həyata keçirilir, keçmiş məcburi köçkünlər öz dədə-baba yurdlarına dönürlər.
Bununla yanaşı, digər bölgələrimizdə də quruculuq işləri uğurla davam etdirilir. Ümumilikdə, ölkəmizdə müasir və layiqli həyatın təmin edilməsi istiqamətində lazımi işlər görülür, bütün sahələrdə dinamika və canlanma hiss olunur.
Bütün bunlara, habelə Gəncə şəhərinə göstərdiyiniz diqqətə görə Sizə minnətdarıq.
Hörmətlə,
Sevinc Heydərova,
Nəzakət Abbasova,
Mehriban Rzayeva,
Sevinc Qurbanova
Azərbaycan Respublikası, Gəncə şəhəri.