Şəhid ailəsinin üzvündən, Abşeron, Azərbaycan
Hörmətli cənab Prezident.
2020-ci ildə xalqımız “dəmir yumruq” ətrafında sıx birləşdi. Sizin komandanlığınızla qəhrəman Azərbaycan oğulları düşmən ordusunu darmadağın edərək tarixi yurd yerlərimizi işğaldan azad etdilər. 2023-cü il sentyabrın 20-də keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçıların kökü torpaqlarımızdan tamam kəsildi. Həmin gün suverenliyimiz bərpa olundu, nəhayət hər bir azərbaycanlı rahat nəfəs aldı, şəhidlərimizin qanı yerdə qalmadı.
Bundan sonra 20 Sentyabr tarixi Dövlət Suverenliyi Günü kimi qeyd olunacaq. Bu, çox sevindirici haldır. Bu barədə imzaladığınız sərəncamla biz şəhid ailələrini bir daha sevindirdiniz. Sizə dərin təşəkkürümü bildirir, çətin və olduqca məsuliyyətli işinizdə uğurlar diləyirik.
Hörmətlə,
Abdullayeva Gülnar Sərdar qızı,
Vətən Müharibəsi Qəhrəmanı şəhid Rəşad Abdullayevin həyat yoldaşı.
Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.