10 oktyabr 2024, 17:35

Mehman Əliyevdən, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Həyata keçirdiyiniz səmərəli iqtisadi-siyasət ölkəmizin dayanıqlı inkişafını təmin edir. Sizin bütün qərarlarınız ölkəmizin tərəqqisinə töhfələr verir.

Sizin sərəncamlarınıza və tapşırıqlarınıza uyğun olaraq Gəncədə aparılan abadlıq işləri şəhərimizin inkişafına təkan verir. Gəncə şəhərində bu istiqamətdə həyata keçirilən tədbirlər və qazanılan nailiyyətlər sakinlər tərəfindən yüksək qiymətləndirilir. Müxtəlif sahələri əhatə edən layihələr uğurla reallaşdırılır, quruculuq və təmir-bərpa işləri davam etdirilir.

Bütün bunlara görə Sizə səmimi-qəlbdən təşəkkür edirik.

Hörmətlə,

Əliyev Mehman,

İsmayılova Qələnfir,

Qurbanova Layihə,

Mehdiyeva Gülnarə.

Azərbaycan Respublikası, Gəncə şəhəri.