11 oktyabr 2024, 15:39

Şəhid ailəsinin üzvündən, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin ölkəmizə rəhbərlik etdiyiniz illərdə böyük və məqsədyönlü işlər görüldü, güclü ordu formalaşdırıldı və ərazilərimiz düşməndən azad edildi. Məhz bunun nəticəsində Azərbaycan dövləti öz suverenliyini tam bərpa etdi. Xalq inamla ətrafınızda sıx birləşdi, Vətənimiz öz suverenliyinə qovuşdu. Bu yolda Vətən övladları Vətəni qoruyaraq şəhidlik zirvəsinə ucaldılar.

Torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin ailələri, onların yadigarları, Vətənə əmanət qoyduqları övladları dövlətimizin daim diqqət mərkəzindədir. Bu qayğıya görə Sizə təşəkkür edirik. Sentyabrın 20-nin Dövlət Suverenliyi Günü kimi qeyd olunması üçün imzaladığınız Sərəncam bizi fərəhləndirdi. Sizə möhkəm cansağlığı və bütün işlərinizdə uğurlar diləyirik.

Hörmətlə,

Allahyarova Kəmalə Ağaşirin qızı,

Vətən Müharibəsi Qəhrəmanı şəhid Şahin Allahyarovun həyat yoldaşı.

Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.