14 oktyabr 2024, 16:00

Əziz Ayazlıdan, Şirvan, Azərbaycan

Möhtərəm Prezident, cənab Ali Baş Komandan!

Bu gün Azərbaycan Respublikası öz qüdrətli günlərini yaşayır. Sizin müdrik, uzaqgörən siyasətiniz nəticəsində ölkəmizin beynəlxalq arenalarda nüfuzu və çəkisi artır.

Qətiyyətli çıxışlarınız xalqın ürəyincədir. Hamımız əminik ki, Siz bundan sonra da qətiyyətli mövqeyinizdən geri çəkilməyəcək, haqq yolundan dönməyəcək, hər zaman xalqımızın mənafeyini müdafiə edəcəksiniz. Biz fəxr edirik ki, Sizin kimi Liderimiz var.

Xalqın Sizə olan məhəbbəti sonsuzdur. Bu xalq məhəbbətini qazandığınız üçün Sizə ürəkdən təşəkkür edirik.

Hörmətlə,

Əzizli Ayaz Çingiz oğlu

Azərbaycan Respublikası, Şirvan şəhəri.