14 oktyabr 2024, 17:22
Şamil Məmmədovdan, Goranboy, Azərbaycan
Hörmətli cənab Prezident.
Respublikamızda bütün sahələrdə olduğu kimi aqrar sahədə də inkişaf göz önündədir. Azərbaycan Sizin rəhbərliyinizlə aqrar ölkəyə çevrilmişdir. Kənd əməkçiləri də Sizin qayğınızı hər zaman hiss edirlər. Onların problemlərinin həlli istiqamətində görülən tədbirlər kənd zəhmətkeşlərinin işgüzarlığını daha da artırır, onları yeni uğur və nailiyyətlərə həvəsləndirir.
Cənab Prezident, mən pambıqçılıqla məşğulam. Bu sahənin inkişafına göstərdiyiniz diqqət və qayğıya görə ailəm adından Sizə dərin minnətdarlığımı bildirirəm.
Allah Sizi və dövlətimizi qorusun.
Hörmətlə,
Məmmədov Şamil.
Azərbaycan Respublikası, Goranboy rayonu, Nərimanlı kəndi.