16 oktyabr 2024, 14:10

Əlibəy Şükürovdan, Şirvan, Azərbaycan

Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Azərbaycanın regionlarında güclü milli sahibkarlar ordusunun formalaşmasına Sizin tərəfinizdən hərtərəfli dəstək göstərilir.

Respublikada sahibkarlığın davamlı inkişafının təmini dövlətlə sahibkarlar arasında tərəfdaşlığın institusional təşkilini də zərurətə çevirib. Sahibkarlar artıq ölkənin inkişafı naminə müxtəlif istiqamətlərdə layihələrin həyata keçirilməsində yaxından iştirak edirlər.

Ölkəmizdə sahibkarlığın inkişafına göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Şükürov Əlibəy Cavanşir oğlu.

Azərbaycan Respublikası, Şirvan şəhəri.