Topalhəsənli kəndinin fermerləri adından, Göygöl, Azərbaycan
Hörmətli cənab Prezident.
Xoşbəxt o xalqdır ki, onu inkişaf etdirən, yüksək rifaha və mədəni intibaha çatdıran liderləri olur. Xoşbəxt o dövlətdir ki, təhlükəli, sınaqlı illərində ona müdrik, uzaqgörən, iradəli, qətiyyətli və hünərli rəhbərlər başçılıq edirlər. Müstəqillik dövrümüzün ilk xilaskarlıq missiyası Ulu Öndər Heydər Əliyevə məxsusdur. Siz, Ulu Öndərimizin vəsiyyətlərini icra etməklə, onun yarımçıq qalmış işlərini başa çatdırmaqla, Azərbaycanı müasir və qüdrətli dövlətə çevirməklə, xalqın ən müqəddəs arzusunu uğurla gerçəkləşdirməklə tarix yazdınız.
Möhtərəm cənab Prezident, Ümummilli Liderimiz Heydər Əliyevin layiqli davamçısı kimi Sizin gördüyünüz işlər bizi çox sevindirir. Bütün bu işlər Sizin gərgin zəhmətinizin, əzmkarlığınızın, xalqa olan sevginizin nəticəsidir.
Sizin aqrar sahəyə olan diqqətiniz və fermerlər üçün yaratdığınız əlverişli şərait öz müsbət nəticələrini verməkdədir. Bizim Göygöl rayonunda fermer təsərrüfatlarımız var. Respublikamızda ilk olan “Moruq Festivalı”nın Göygöl rayonunda keçirilməsi biz fermerləri ürəkdən sevindirdi. Bu festivalın iştirakçısı olmağımız bizə əla bir fürsət oldu. Biz fermerlər başqa rayonlardan çoxlu sayda müştəri qazandıq.
Özümüzə borc bildik ki, başda Siz olmaqla, bu işdə əməyi keçən hər bir kəsə fermerlər adından dərin minnətdarlığımızı və təşəkkürümüzü bildirək, işlərinizdə uğurlar arzulayaq.
Yaşasın cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Yaşasın Azərbaycan xalqı.
Topalhəsənli kəndinin fermerləri adından hörmətlə,
Yolçuyev Muğan Ətraf oğlu,
Həsənov Hünər Tarix oğlu,
Vəliyev Mərkəz İlyas oğlu,
Məhərrəmov Mahir Qabil oğlu,
Əliyev Qələndər Tapdıq oğlu və başqaları (12 nəfər).
Azərbaycan Respublikası, Göygöl rayonu, Topalhəsənli kəndi.