18 oktyabr 2024, 12:40

Şahin Əliyevdən, Bakı, Azərbaycan

Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Prezidentliyinizin 21 illiyi münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Bu müddət ərzində Azərbaycanın inkişafı, müstəqilliyinin gücləndirilməsi və ərazi bütövlüyünün bərpası istiqamətində atdığınız mühüm addımlar xalqımız üçün əvəzsizdir.

Sizin liderliyiniz altında əldə olunan zəfərlər, birliyimiz və Vətən sevgimiz üçün ilham mənbəyidir. Hər zaman xalqın yanında olan, onun rifahı üçün çalışan bir lider olduğunuz üçün təşəkkür edirik.

Bu gün birliyimizin daha da möhkəmlənməsi üçün Sizin rəhbərliyinizdə irəliləməyə davam edəcəyik.

Siz qalib xalqın qalib Lideri, xalqımızın əbədi birliyinin təminatçısısınız!

Hörmətlə,

Əliyev Şahin Vüqar oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.