Validə Əliyevadan, Gəncə, Azərbaycan
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Siz Ulu Öndərimiz Heydər Əliyevin siyasi kursunu davam etdirərək Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi üçün əlinizdən gələni əsirgəmirsiniz. Ata vəsiyyətini yerinə yetirərək, siyasi iradə, qətiyyət və müdriklik nümayiş etdirərək ölkəmizin ərazi bütövlüyünün təmininə nail oldunuz.
Siz hər zaman şəhid ailələrinə, müharibə iştirakçılarına yüksək diqqət və qayğı ilə yanaşırsınız. Məhz bunun nəticəsidir ki, şəhid ailələrinə lazımi kömək göstərilir, biz dövlət dəstəyini hər zaman hiss edirik.
Mən şəhid Turan Əliyevin anasıyam. Bir şəhid anası olaraq, şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına göstərilən qayğı üçün Sizə öz təşəkkürümü bildirirəm.
Uca Tanrı Sizi qorusun.
Hörmətlə,
Əliyeva Validə İsrayıl qızı .
Azərbaycan Respublikası, Gəncə şəhəri.