23 oktyabr 2024, 13:00
Bəhman Kazımovdan, Gəncə, Azərbaycan
Hörmətli cənab Prezident.
Mən müharibə veteranıyam. Sizin ölkəmiz, xalqımız üçün gördüyünüz işlər danılmazdır. Azərbaycan xalqı üçün ən ümdə məsələ ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası idi ki, Siz müdrik və uzaqgörən siyasətinizlə buna nail oldunuz. Xalqımız Sizin əziyyətinizi unutmayacaq, adınız minilliklər boyu yaşayacaqdır.
Cənab Prezident, Sizin şəhid ailələrinə, müharibə iştirakçılarına və qazilərə göstərdiyiniz diqqət və qayğını daim üzərimizdə hiss edirik. Buna görə Sizə Vətən müharibəsi iştirakçıları adından dərin təşəkkürümü bildirirəm.
Allah şəhidlərimizə rəhmət etsin.
Ulu Tanrı Sizi və dövlətimizi qorusun.
Hörmətlə,
Kazımov Bəhman,
Müharibə veteranı.
Azərbaycan Respublikası, Gəncə şəhəri