Zülfiyyə Şəmşiyevadan, Qazax, Azərbaycan
Hörmətli cənab Prezident.
Siz bizim qürur, güvən yerimizsiniz. Xalqımız hər zaman Sizə inanır. Məhz Sizin sayənizdə işğal altında olan torpaqlarımız azad olundu. Ölkəmizin bundan sonrakı inkişafı da Sizin adınıza bağlıdır.
Möhtərəm Prezident!
Oğlum, Şəmşiyev İlham Şakir oğlu 2023-cü il sentyabrın 19-da başlamış antiterror tədbirləri zamanı şəhid olmuşdur. Oğul itkisinə üzülsəm də, torpaqlarımızın azad edilməsi və şəhid ailələrinə göstərilən qayğı hər zaman mənə təsəlli olub. Öyünürəm ki, torpaqlarımızın bütövlüyü uğrunda canını fəda edən mərd oğul dünyaya gətirmişəm.
Sizin diqqət və qayğınız hər zaman bizim ailədə hiss edilir. Digər oğlum bu yaxınlarda işlə təmin edildi. Göstərilən diqqət və qayğıya görə Sizə öz adımdan və şəhid anaları adından təşəkkür edirəm.
Hörmətlə,
Şəmşiyeva Zülfiyyə Vahid qızı
Azərbaycan Respublikası, Qazax rayonu, Yuxarı Salahli kəndi.