“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Özbəkistan Respublikası ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Özbəkistan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və hüquqlarının müdafiəsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

25 oktyabr 2024, 11:09

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il avqustun 23-də Daşkənd şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Özbəkistan Respublikası ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Özbəkistan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və hüquqlarının müdafiəsi haqqında Saziş” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə tapşırılsın və Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki, bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra onun müddəalarının həyata keçirilməsini təmin etsinlər.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Özbəkistan Respublikası Hökumətinə bildiriş göndərsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 oktyabr 2024-cü il