06 noyabr 2024, 18:55

Həsən Hüseynovdan, Gəncə, Azərbaycan

Müzəffər Ali Baş Komandan!

Gəncə şəhərinin abadlaşdırılması və ekoloji vəziyyətinin yaxşılaşdırılması sahəsində həyata keçirilən uğurlu layihələr və ekoloji tədbirlər üçün Sizə dərin minnətdarlığımızı bildiririk. Bu layihələr ölkəmizin inkişafına, əhalinin rifahının yüksəldilməsinə və ətraf mühitin qorunmasına istiqamətlənmiş vacib addımlardır.

Ekoloji sahədə görülən işlər, xüsusilə də yaşıllaşdırma işləri, ətraf mühitin ekoloji cəhətdən təmizlənməsi, parkların salınması şəhər sakinlərinin təmiz və sağlam mühitdə yaşamasına böyük töhfə verir. Ölkəmizin COP29 sessiyasını keçirməsi Azərbaycanın beynəlxalq səviyyədə ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizədə aparıcı mövqeyini bir daha sübut edir.

Ölkəmizdə davam edən ekoloji layihələr, bütün regionlarımızda təbiətin qorunması və tullantıların azaldılması istiqamətində görülən işlər COP29-un məqsədinə tamamilə uyğundur.

Bunların hamısı Sizin təşəbbüsünüzlə həyata keçirilir. Bizim şəhərimizdə də tullantılar azaldılır, şəhər sakinlərinin daha təmiz ekoloji mühitdə yaşamasına imkan yaranır. Bu diqqət və qayğınıza görə Sizə bir daha dərin təşəkkürümüzü bildiririk. Biz əminik ki, Azərbaycanın ekoloji vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində aparılan tədbirlər ölkəmizin nüfuzunu beynəlxalq səviyyədə gücləndirəcək və gələcək nəsillərə daha yaşıl bir miras qoyacaq.

Dərin hörmətlə,

Hüseynov Həsən Sakit oğlu,

Azərbaycan Texnologiya Universitetinin tələbəsi.

Azərbaycan Respublikası, Gəncə şəhəri.