08 noyabr 2024, 11:30

Mehman Rzayev, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident.

Azərbaycan xalqının rifahı və ölkəmizin davamlı inkişafı naminə göstərdiyiniz sarsılmaz səylərə görə Sizə dərin minnətdarlığımızı ifadə etmək istəyirəm. COP29-un təşkil olunması və Azərbaycanımızın nüfuzunun daha da artırılması üçün göstərdiyiniz səyləri xüsusilə yüksək qiymətləndiririk. Sizin uzaqgörən siyasətiniz sayəsində ölkəmiz regional və beynəlxalq arenada mühüm uğurlar qazanaraq öz gücünü və nüfuzunu bir daha təsdiqləyib. Azərbaycanın bu mühüm platformada və qlobal məsələlərdəki prinsipial mövqeyini göstərən çıxışlarınız xalqımız üçün böyük bir qürur mənbəyidir.

Sizin Liderliyinizlə əldə edilən nailiyyətlər ölkəmizin inkişafının və tərəqqisinin təminatıdır. Yolunuz hər zaman uğurlu olsun.

Hörmətlə,

Rzayev Mehman,

Əməkdar həkim.

Azərbaycan Respublikası, Gəncə şəhəri.