Yelena Aşurovadan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Müxtəlif millətlərin, o cümlədən rusların, tatarların, ləzgilərin və digər millətlərin nümayəndələrinin yaşadığı Pirallahı rayonunun rus icması adından bütün ölkə vətəndaşlarının rifahı naminə göstərdiyiniz qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Son günlər yağan güclü yağışlar nəticəsində Pirallahı kəndindəki rus qəbiristanlığı qismən yararsız hala düşmüş, qəbiristanlığa gedən yollar yuyulmuşdu.
Sizin göstərişiniz əsasında yerli icra hakimiyyəti orqanlarının operativ müdaxiləsi nəticəsində problem qısa zamanda aradan qaldırıldı. Zədələnmiş qəbirlərin bərpası istiqamətində işlər aparılıb, su mənbəyi quraşdırılıb, ağaclar əkilib.
Azərbaycanda yaşayan bütün etnik qrupların ehtiyaclarına göstərdiyiniz diqqət və qayğını yüksək qiymətləndirir, səmimi-qəlbdən minnətdarlığımızı bildiririk.
Dərin hörmətlə,
Yelena Aşurova,
Pirallahı rayonu rus icmasının sədri.
Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu.