08 noyabr 2024, 13:43

Gəncə Dövlət Universitetinin tələbələrindən, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident.

COP29-un ölkəmizdə keçirilməsinə dair qərar Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da yüksəldiyini göstərir. Bu qələbə Sizin qələbənizdir. Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamınızı biz ürəkdən alqışlayırıq. Bununla həmrəy olduğumuzu bildirmək məqsədilə Gəncə şəhərində ağacəkmə kompaniyası keçirilir.

Doğma Gəncəmizdə Sizin göstərişinizlə görülən işlər şəhərimizin sakinləri tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılanır. Buna görə Sizə təşəkkür edirik.

Cənab Prezident, biz gənclər Sizin ətrafınızda sıx birləşmişik və Sizi dəstəkləyirik. Bu gün hər bir Azərbaycan vətəndaşı kimi biz də ölkəmizin müxtəlif sahələrdə əldə etdiyi uğurlara görə çox sevinirik.

Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olaraq Siz, ölkəmizin taleyüklü məsələlərini inamlı şəkildə həll edirsiniz.

Eşq olsun Sizə, cənab Prezident. Allah Sizi qorusun.

Hörmətlə,

Gəncə Dövlət Universitetinin "Texnologiya müəllimliyi" ixtisasının tələbələri

Azərbaycan Respublikası, Gəncə şəhəri.