14 noyabr 2024, 16:25

İmmi Əliyevadan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Gəncə şəhərində həyata keçirilən genişmiqyaslı abadlıq və yenidənqurma işlərinə, habelə ətraf mühitin mühafizəsinə yönəlmiş vacib tədbirlərə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Şəhərin müasir tələblərə uyğun inkişafı və sakinlərin rifahının artırılması məqsədilə göstərdiyiniz diqqət və qayğı şəhər əhalisi tərəfindən böyük rəğbətlə qarşılanır və yüksək dəyərləndirilir. Ölkəmizdə, eləcə də Gəncə şəhərində həyata keçirilən ekoloji layihələr - yaşıl sahələrin genişləndirilməsi, yeni parkların salınması, su ehtiyatlarının mühafizəsi və şəhər infrastrukturunun ekoloji standartlara uyğun qurulması ətraf mühitin qorunması istiqamətində önəmli addımlardır. Bu layihələr, həmçinin Azərbaycanın qlobal ekoloji hədəflərə sadiqliyini bir daha təsdiqləyir. Sizin rəhbərliyinizlə ölkəmizin COP29 çərçivəsində fəal iştirakı və milli ekoloji layihələrimizin dünya ictimaiyyəti tərəfindən dəstəklənməsi Azərbaycanın beynəlxalq nüfuzuna müsbət təsir göstərir.

COP29-un məqsədlərinə uyğun olaraq, ölkəmizdə iqlim dəyişikliyinin təsirlərinin azaldılması, ekosistemin qorunması və yaşıl texnologiyaların tətbiqini genişləndirmək üçün görülən tədbirlər Gəncə şəhərində də öz təsirini göstərməkdədir. Ekoloji fəaliyyətin təşviqi, sənaye tullantılarının idarə edilməsi, atmosfer çirklənməsinin qarşısının alınması və bioçeşidliliyin qorunması kimi məsələlər həm şəhərimizin ekoloji balansını təmin edir, həm də vətəndaşlarımız üçün sağlam bir mühit yaradır.

Hörmətli cənab Prezident, Sizin göstərdiyiniz bu davamlı diqqət və dəstək nəticəsində əminik ki, Gəncə şəhərinin ekoloji vəziyyəti və ətraf mühitin mühafizəsi sahəsində uğurlarınız davam edəcək və Azərbaycanın ekoloji sahədə beynəlxalq nüfuzu daha da möhkəmlənəcəkdir. Şəhər sakini və ekoloji sahədə çalışan mütəxəssis olaraq bu təşəbbüsləri dəyərləndirir və yaşıl gələcək naminə Sizin xalqımıza göstərdiyiniz dəstəyi yüksək qiymətləndirir və gələcək işlərinizdə uğurlar arzulayırıq.

Dərin hörmətlə,

Əliyeva İmmi Mahir qızı

Azərbaycan Respublikası, Gəncə şəhəri.