14 noyabr 2024, 18:10

Şəfiqə Hüseynovadan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident!

Azərbaycanın COP29 tədbirinə ev sahibliyi etməsi bizim üçün böyük qürur verir və bu möhtəşəm təşəbbüsünüzə görə Sizə dərin minnətdarlığımızı ifadə etmək istəyirik. Bu beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi, Azərbaycanın ekoloji problemlərin həllinə və davamlı inkişafa olan sadiqliyini bütün dünyaya nümayiş etdirəcəyindən əminik.

Sizin uzaqgörən liderliyiniz və təşəbbüskarlığınız sayəsində ölkəmiz həm qlobal məsələlərdə önəmli bir mərkəzə çevrilir, həm də dünya birliyinin diqqətini təbiətin və ekoloji dəyərlərin qorunmasına yönəldir. COP29 tədbirində Azərbaycanın bir araya gətirəcəyi dünya liderlərinin, mütəxəssislərin və ictimai xadimlərin bu sahədə mövcud problemlərin həlli yolunda mühüm addımlar atılmasına şərait yaradacağı heç şübhəsizdir. Ölkəmizdə baş tutacaq bu tədbirin müvəffəqiyyətlə həyata keçirilməsi üçün göstərdiyiniz səylərə görə bir daha Sizə minnətdarlığımızı ifadə edir, davamlı uğurlar arzulayırıq.

Dərin hörmət və ehtiramla,

Şəfiqə Hüseynova

Azərbaycan Respublikası, Gəncə şəhəri.