Samirə Əhmədovadan, Gəncə, Azərbaycan
Çox hörmətli əziz Prezidentimiz.
Sizin diqqət və qayğınız sayəsində yaşadığım Gəncə şəhərində hazırda böyük abadlıq və quruculuq işləri aparılır. Gəncə şəhəri tarixi, mədəni şöhrətini bərpa edib və inkişaf yolunda mühüm nailiyyətlər qazanıb. Sizin diqqətiniz və məqsədyönlü addımlarınız bir çox sahələrin inkişafı və dirçəldilməsi üçün əsas amil olub.
Respublikamızın bütün sahələrdə əldə etdiyi uğurlar bir Azərbaycan vətəndaşı, bir gənc müəllim olaraq məni çox sevindirir və qürurlandırır.
Bütün bunlar Ümummilli Lider Heydər Əliyevin alternativsiz və layiqli davamçısı olaraq Sizin - əziz Prezidentimizin yorulmaz və əzmkar fəaliyyəti sayəsində mümkün olub.
Biz fəxr edirik ki, Sizin kimi Prezidentimiz var.
Cənab Prezident, Sizə dərin ehtiramla təşəkkürümü və minnətdarlığımı bildirirəm. Ulu Tanrı Sizi və xalqımızı qorusun!
Hörmətlə,
Əhmədova Samirə Şöhrəddin qızı.
Azərbaycan Respublikası, Gəncə şəhəri.