16 noyabr 2024, 11:00

Etibar Musayev və Nofəl Ələkbərovdan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident!

Bütün Azərbaycanda, o cümlədən işğaldan azad olunmuş torpaqlarımızda, həmçinin doğma Gəncəmizdə keçirilən tədbirlər və onların iqtisadi inkişafa təsiri, yaşıl enerji mənbələrinin artırılması naminə görülən bütün işlərə görə Sizə təşəkkür edirik.

Sizin həyata keçirdiyiniz səmərəli iqtisadi siyasət ölkəmizin dayanıqlı inkişafını təmin edir. Sizin bütün qərarlarınız doğma Azərbaycanımızın tərəqqisinə töhfələr verir. Sizin tapşırıqlarınıza uyğun olaraq, bizim doğma Gəncə şəhərində də abadlıq və quruculuq işləri aparılır, şəhərimiz inkişaf edir və gözəlləşir. Gəncə şəhərində bu istiqamətdə həyata keçirilən tədbirlər və qazanılan nailiyyətlər sakinlər tərəfindən yüksək qiymətləndirilir. Müxtəlif sahələri əhatə edən layihələr uğurla reallaşdırılır.

Hörmətli Prezidentimiz, bütün bunlara görə Sizə səmimi-qəlbdən təşəkkür edirik.

Hörmətlə,

Etibar Musayev və Nofəl Ələkbərov

Azərbaycan Respublikası, Gəncə şəhəri.