23 noyabr 2024, 11:00

Rakif Əzizovdan, Mahaçqala, Rusiya

Hörmətli cənab Prezident.

Sizi Dağıstanda yaşayan azərbaycanlıların adından salamlayır, dünya liderlərinin Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Azərbaycanın paytaxtında keçirilən iki həftəlik sessiyasında toplaşmasından sevinc hissi keçirdiyimizi bildiririk.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilən 29-cu sessiyasında qlobal istiləşmə və əsas ekoloji problemlər müzakirə olunur. COP29 dünya dövlətlərinin liderlərini, beynəlxalq təşkilatların nümayəndələrini, alimləri, ictimai fəalları və işgüzar dairələri bir araya gətirən, hazırkı iqlim vəziyyətini, karbon qazı emissiyalarının azaldılması və davamlı iqtisadi sistemə keçid modellərini müzakirə etmək üçün Tərəflər Konfransının 29-cu sessiyasıdır.

Doğma Azərbaycanımızda xalqımızın rifahı naminə baş verən tərəqqini, inkişafı izləyir, bu yolda atdığınız bütün addımlar üçün Sizə təşəkkür edirik.

Biz həmişə Sizinləyik!

Hörmətlə,

Əzizov Rakif, Mahaçqala şəhərində Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin sədri, Dağıstan Respublikası Başçısının yanında Millətlərarası Münasibətlər Şurasının üzvü.

Rusiya Federasiyası, Dağıstan Respublikası, Mahaçqala şəhəri.