Rövşən Əhmədovdan, Ağcabədi, Azərbaycan
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Sizin misilsiz fəaliyyətiniz nəticəsində 44 günlük Vətən müharibəsi və 23 saatlıq lokal xarakterli antiterror əməliyyatı ilə 30 il davam edən işğala və separatçılığa son qoyuldu. Bu gün Azərbaycan suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmiş ölkədir.
Ölkəmizin qazandığı böyük Zəfəri həzm edə bilməyən qərb dairələri bu gün də anti-Azərbaycan təbliğatını davam etdirir. Sizin əzmkarlığınız və yüksək siyasi-diplomatik peşəkarlığınız onların riyakar niyyətlərini puç edir. Ölkəmizin layiqincə ev sahibliyi etdiyi COP29 tədbirində dünya dövlətləri və liderlərinin iştirak səviyyəsi tədbir öncəsi fəallaşan boykot carçılarını məyus etməkdədir.
Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan və qətiyyətli Prezident kimi Sizin həyata keçirdiyiniz siyasi xətti müdafiə edir, haqq işi uğrunda mübarizədə Sizin yanınızdadır.
Fürsətdən istifadə edərək, Sizi Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 32-ci ildönümü münasibətilə YAP Ağcabədi rayon təşkilatının bütün üzvləri adından səmimi-qəlbdən təbrik edir, Sizə cansağlığı, ölkəmizin inkişafı, xalqımızın xoşbəxt və firavan gələcəyi naminə fəaliyyətinizdə uğurlar diləyirəm.
Zati-aliləri!
Sizə öz dərin ehtiramımızı bildirir, ölkəmizin tərəqqisi və xalqımızın rifahı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
Ulu Tanrı Sizi qorusun!
Dərin hörmət və ehtiramla,
Rövşən Əhmədov,
YAP Ağcabədi rayon təşkilatının sədri.
Azərbaycan Respublikası, Ağcabədi şəhəri.