26 noyabr 2024, 15:12

Faiq Məmmədovdan, Tərtər, Azərbaycan

Cənab Prezident!

Biz Sizinlə – qalib ölkənin qalib Sərkərdəsi ilə fəxr edirik.

Bu günlər bütün dünyanın gözü Bakıya dikilib. Azərbaycanın COP29-a ev sahibliyi etməsi beynəlxalq arenada Azərbaycanın rolunun qiymətləndirilməsidir. Sizin apardığınız məqsədyönlü siyasət nəticəsində ölkəmiz bu gün dünyada daha yaxşı tanınır, beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir, öz sözünü deyir, dosta köməyini, düşmənə gücünü göstərir.

İnanırıq ki, Bakıda keçirilən COP29-da qəbul edilən qərarlar yaşıl dünya naminə birləşməyimizdə mühüm rol oynayacaq, təbiətimizi qoruyub gələcək nəsillərə sağlam şəkildə təhvil verəcəyik.

Hörmətlə,

Faiq Məmmədov,

Tərtər Rayon Ağsaqqallar Şurasının sədri.

Azərbaycan Respublikası, Tərtər şəhəri.