Alan Kennedidən, Qlazqo, Böyük Britaniya
Hörmətli cənab Prezident.
Mən Sizi, Azərbaycan Respublikasının vətəndaşlarını və bütün COP29 iştirakçılarını sessiyanın yüksək səviyyədə keçirilməsi münasibətilə təbrik edirəm. Dünyanı narahat edən qlobal problemlərə həsr olunmuş bu mötəbər tədbirin Azərbaycanda keçirilməsi şəxsən məni çox sevindirdi. Bu, Sizin rəhbərliyinizlə üzərinizə götürdüyünüz ilk böyük iş deyil.
Biz Azərbaycanın nailiyyətlərini izləyir və həmişə sevinirik. Azərbaycanda Sizin rəhbərliyinizlə müxtəlif illərdə ilk Avropa Oyunları, Formula 1 idman yarışları, Avroviziya Mahnı Müsabiqəsi və digər böyükmiqyaslı tədbirlər müvəffəqiyyətlə keçirilmişdir.
Cənab Prezident, Sizə və xalqınıza xoşbəxtlik, cansağlığı, Azərbaycanın daha da qüdrətlənməsi naminə fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Alan Kennedi.
Böyük Britaniya, Şotlandiya, Qlazqo şəhəri.