27 noyabr 2024, 17:40

Pərvin Həsənovdan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Siz əzəməti, qüruru və qəhrəmanlığı hər zaman bizə hiss etdirdiyiniz dəyərli Prezidentimizsiniz.

Həyatımızın ən çətin anlarında bizə yol göstərən, mübarizənin və Zəfərin simvolu olan Ulu Öndərimiz Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab Prezident – Sizə şəhid övladı olaraq sonsuz təşəkkürlərimi çatdırıram. Bir şəhid övladı olaraq göstərdiyiniz iradə, güc və əzm bizlərə ilham verir. Sizə olan sevgi və hörmətimiz sonsuzdur, biz Sizi canımızdan artıq sevirik.

Müharibə dövründə Siz gücümüzü dünyaya göstərərək, xalq-iqtidar birliyini nümayiş etdirərək ölkəmizi qalibiyyətə aparmağa nail oldunuz. Sizin liderliyiniz bizi birləşdirən və hədəflərimizə çatdıran güc oldu. Cəbhə xəttində əsgərlərimizə və xalqa verdiyiniz əzmli, qətiyyətli dəstək, bütün dünyaya Azərbaycan xalqının və Prezidentinin nə qədər güclü olduğunu göstərdi.

COP29-da etdiyiniz çıxış mənim qəlbimi fəxr hissi ilə doldurdu. O sözləri dinlədikcə, Azərbaycanımızın beynəlxalq aləmdəki mövqeyi, Sizə olan inamımız bir daha təsdiqləndi. Siz bizə ilham verdiniz və biz bu yolda irəliləyirik.

Bu gün həm daxili düşmənlərimiz, həm də xarici qüvvələr tərəfindən qarşılaşdığımız hər cür təzyiqə baxmayaraq, Siz apardığınız siyasət ilə bu təzyiqləri dəf edir və ölkəmizin hər sahədəki gücünü nümayiş etdirirsiniz. Sapı özümüzdən olan düşmənlər heç bir zaman uğur qazana bilməyəcək, çünki Prezidentimizin apardığı düzgün və ədalətli siyasət hər zaman qalib gələcək.

Azərbaycanın qüdrətini və Azərbaycanın gələcəyini inşa etmək üçün atdığınız hər bir addımla fəxr edirik. Azərbaycanın yüksəlişi ilə Sizdən aldığımız ilhamla biz gələcəyə böyük ümidlə baxırıq.

Cənab Prezident, Sizinlə fəxr edirik. Bizlərə göstərdiyiniz liderlik və zəfərlərlə dolu yol, hər zaman bizim qəlbimizdə ən dərin minnətdarlıqla yaşayacaq.

Uca Allahdan Sizə və xalqımıza ən gözəl niyyətlər diləyirəm.

Hörmətlə,

Pərvin Həsənov, şəhid oğlu.

Azərbaycan Respublikası, Gəncə şəhəri.