Timor-Leste Demokratik Respublikasının Prezidenti Zati-aliləri cənab Coze Ramuş-Hortaya

28 noyabr 2024, 11:04

Hörmətli cənab Prezident,

Timor-Leste Demokratik Respublikasının milli bayramı – Müstəqilliyin Elan Edilməsi Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimi çatdırıram.

Son dövrdə Azərbaycan ilə Timor-Leste arasında dostluq münasibətlərinin dinamik inkişafı məmnunluq doğurur. Keçən il Azərbaycana səfəriniz ikitərəfli əlaqələrimizin tarixində yeni səhifə açmışdır.

İnanıram ki, bu il diplomatik əlaqələrin qurulmasının 20 illiyini qeyd edən Azərbaycan ilə Timor-Leste arasındakı dostluq münasibətləri daha da inkişaf edəcək, çoxtərəfli təsisatlarda əməkdaşlığımız bundan sonra da uğurla davam edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost xalqınıza daim əmin-amanlıq, firavanlıq arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 noyabr 2024-cü il

SƏNƏDLƏR Sərəncamlar 07 yanvar 2025
15:55
Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, əhalinin rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının dövlət...

07 yanvar 2025, 15:55
SƏNƏDLƏR Fərmanlar 07 yanvar 2025
15:53
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 98-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 98-VIIQD...

07 yanvar 2025, 15:53