28 noyabr 2024, 10:55
Faiqə Ağayevadan, Naftalan, Azərbaycan
Hörmətli cənab Prezident!
Sizin rəhbərliyinizlə dünyanın ən əhəmiyyətli beynəlxalq tədbirlərindən olan COP29-un respublikamızda keçirilməsi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun bariz nümunəsidir. Azərbaycan Respublikası bunu Sizin uzaqgörən və müdrik siyasətinizlə qazanıb.
Eyni zamanda, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi dünya miqyasında onun mövqeyini daha da gücləndirib.
Cənab Prezident, Sizin liderliyinizlə əldə edilən nailiyyətlər dövlətimizin inkişafının və tərəqqisinin təminatıdır.
Allah Sizi qorusun!
Hörmətlə,
Faiqə Ağayeva.
Azərbaycan Respublikası, Naftalan şəhəri.