28 noyabr 2024, 17:45
Rəna Dəmirovadan, Naftalan, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin müdrikliyiniz, siyasi qüdrətiniz sayəsində qlobal təşəbbüslərə həmişə ilk qoşulan ölkələr sırasında olan Azərbaycan Respublikası COP29 kimi mötəbər tədbirə inamla və uğurla ev sahibliyi etdi.
Televiziya kanallarında konfrans iştirakçılarından alınan müsahibələr bir daha onu deməyə əsas verir ki, bütün beynəlxalq tədbirlər kimi bu mötəbər tədbir də digər ölkələrdə keçirilən tədbirlərdən yüksək təşkilatçılığı ilə fərqləndi.
Əminik ki, COP29 uzun müddət iştirakçıların yaddaşında qalacaq və xatırlanacaq. Sizə dərin minnətdarlığımızı bildiririk.
Tanrı Sizi və ailənizi qorusun.
Hörmətlə,
Dəmirova Rəna.
Azərbaycan Respublikası, Naftalan şəhəri.