02 dekabr 2024, 12:30

Mirnaib Mirsalahovdan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Bu il Azərbaycanda keçirilən COP tədbiri əvvəlkilərdən öz rəngarəngliyi və dolğunluğu ilə seçilirdi. Qonaqlar bu tədbirdən, həmçinin ölkəmizdən aldıqları təəssüratları hələ uzun müddət unutmayacaqlarını bildirirdilər.

Bu tədbirdə əldə olunan razılaşmalar Azərbaycanın etibarlı, qətiyyətli bir dövlət olduğunu bir daha göstərir.

Sizin rəhbərliyinizlə keçirilən hər bir beynəlxalq tədbir öz möhtəşəmliyi ilə seçilir. COP29 kimi tədbirin Azərbaycanda keçirilməsi ilk növbədə, qlobal miqyasda ölkəmizin gücünü ortaya qoyur. Bu tədbir bizim yurddaşlar üçün qürurverici hal olmaqla yanaşı, həm də maarifləndirici bir fürsət oldu.

COP29 konfransının müvəffəqiyyətlə keçirilməsi ilə əlaqədar Sizi və Sizin şəxsinizdə Azərbaycan xalqını təbrik edirəm.

Hörmətlə,

Mirsalahov Mirnaib Mirqoca oğlu,

Professor.

Azərbaycan Respublikası, Gəncə şəhəri.