02 dekabr 2024, 15:50

Məhərrəm İsmayılovdan, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident.

Azərbaycanın ev sahibliyi ilə multikultural dəyərlərə malik COP29 sammitinin uğurla, çox yüksək səviyyədə keçirilməsi münasibətilə Sizə Azərbaycan Dövlət Aqrar Universitetinin müəllim və tələbə heyətinin adından təşəkkür edirəm.

COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq arenada artan nüfuzunun növbəti təzahürüdür. Bu konfrans istər ölkələrin iştirakçılığı, istərsə də təmsilçilik baxımından dünyanın ən böyük tədbirlərindən biri hesab olunur. Dünyanın bütün dövlətlərinin iştirakı ilə belə bir böyük tədbirin Azərbaycanda keçirilməsi məhz ölkəmizə və Sizə olan beynəlxalq etimadın göstəricisidir.

Buna görə Sizə bir daha təşəkkür edir, ailə səadəti, xoşbəxtlik, xalqımızın, dövlətimizin bu günü və sabahı naminə uzun ömür, cansağlığı arzu edirəm.

Hörmətlə,

İsmayılov Məhərrəm Musa oğlu, Azərbaycan Dövlət Aqrar Universitetinin Əməkdar müəllimi.

Azərbaycan Respublikası, Gəncə şəhəri.