Siyasət Məmmədovdan, Gəncə, Azərbaycan
Hörmətli cənab Prezident!
Sizin rəhbərliyinizlə COP29 tədbirinin respublikamızda yüksək səviyyədə keçirilməsi və on illərlə həllini tapmayan beynəlxalq qərarların Bakıda qəbul olunması mühüm hadisə oldu.
Sizin COP29 tədbirində çıxışınız bizim üçün qürurverici idi. Xarici qonaqların tədbirin yüksək təşkilatçılıqla keçirilməsi ilə bağlı xoş təəssüratlarını bölüşməsi bir vətəndaş olaraq məni çox sevindirdi.
Ölkəmizin dünya siyasi arenasında artan nüfuzu Sizin düşünülmüş siyasətinizin və praqmatik addımlarınızın nəticəsidir. Bu gün Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə regionda yeni reallıqlar yaratmışdı. Xalqımız bütün bunları yüksək dəyərləndirir.
Cənab Prezident, Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Hörmətlə,
Siyasət Məmmədov
Azərbaycan Respublikası, Gəncə şəhəri, Gülüstan qəsəbəsi.