Məhərrəm Hüseynovdan, Gəncə, Azərbaycan
Hörmətli cənab Prezident.
Mən, bir Azərbaycan vətəndaşı olaraq, ölkəmizdə COP29 kimi mötəbər və qlobal əhəmiyyətə malik bir tədbirin keçirilməsinə göstərdiyiniz təşəbbüsə və dəstəyə görə Sizə dərin minnətdarlığımı ifadə etmək istəyirəm. Bu cür beynəlxalq tədbirlər Azərbaycanın dünya miqyasında tanıdılması, qlobal ekoloji problemlərin həlli prosesində iştirakının güclənməsi və ölkəmizin bu sahədəki mövqeyinin möhkəmlənməsi baxımından əhəmiyyətlidir.
COP29 çərçivəsində müxtəlif ölkələrdən gələn nümayəndə heyətləri Azərbaycanın qonaqpərvərliyini, mədəniyyətini və inkişafını bir daha yaxından tanımaq imkanı əldə etdilər. Eyni zamanda, bu tədbir dünyada aktual olan iqlim dəyişiklikləri və yaşıl iqtisadiyyat sahəsində Azərbaycanın oynadığı aktiv rolu bir daha nümayiş etdirdi.
Bu mötəbər tədbirin təşkili sayəsində ölkəmizin qlobal ekoloji təşəbbüslərə verdiyi töhfənin artacağına, Azərbaycanın gələcəkdə də belə əhəmiyyətli platformalara ev sahibliyi edəcəyinə inanıram. Bu istiqamətdə Sizin uzaqgörən siyasətiniz ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsinə mühüm təsir göstərir.
Bir vətəndaş olaraq bu mühüm uğurun bir hissəsi olmaqdan qürur duyuram və Sizə dərin təşəkkürümü bildirirəm. Azərbaycanımızın davamlı inkişafı, beynəlxalq miqyasda mövqeyinin güclənməsi və xalqımızın rifahının yüksəlməsi üçün apardığınız yorulmaz fəaliyyətinizdə Sizə uğurlar arzulayıram.
Dərin hörmətlə,
Məhərrəm Hüseynov,
Azərbaycan Dövlət Aqrar Universitetinin Maliyyə və mühasibat uçotu kafedrasının müdiri.
Azərbaycan Respublikası, Gəncə şəhəri.