05 dekabr 2024, 12:00

Aynur Həsənovadan, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin rəhbərliyinizlə Azərbaycan dövləti təhsil sahəsində islahatlar aparıb, onun daha da inkişaf etməsi üçün əsaslar yaradıb. Dövlət proqramlarının həyata keçirilməsi, təhsil sektorunun daha da gücləndirilməsi, elmi bazanın təkmilləşdirilməsi üçün böyük işlər görülüb.

Bu gün aqrar sahədə ölkəmizi kadrlarla təmin edən mühüm dövlət təhsil ocaqlarından biri də Azərbaycan Dövlət Aqrar Universitetidir (ADAU) . Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətinin quruculuğunda siyasi ideyalarını əsas tutaraq, gənc nəslin bu ruhda inkişafına xüsusi önəm verməklə yanaşı, kadr hazırlığını beynəlxalq səviyyədə işgüzarlığa, çalışqanlığa yönəldirik.

Cənab Prezident biz müəllimlər hər zaman Sizin dəstəyinizi hiss etmişik, dəfələrlə ADAU-ya səfəriniz, yeni tədris korpusunun, tələbə yataqxanalarının açılışında iştirakınız bizi ruhlandırıb və məsuliyyətimizi ikiqat artırıb.

Millətimizin tərəqqisi, təhsilimizin inkişafı, əhalinin rifahının yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində verdiyiniz hər bir qərar ADAU-nun professor-müəllim heyəti tərəfindən razılıqla qarşılanır və böyük rəğbət hissi doğurur.

Fəal və məqsədyönlü fəaliyyətinizdə Sizi dəstəkləyir, yeni-yeni uğurlar arzulayırıq.

ADAU-nun Ümumi əkinçilik, genetika və seleksiya kafedrasının əməkdaşları adından hörmətlə,

Həsənova Aynur,

Kafedranın müdiri, professor.

Azərbaycan Respublikası, Gəncə şəhəri.