Dilarə Seyidzadədən, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Dədə-baba torpaqlarından zorla köçürülmüş və doğma yurdlarını məcburən tərk etmiş Qərbi Azərbaycan əsilli insanların hüquqlarının müdafiəsi və həmin ərazilərdə xalqımızın yaratdığı maddi mədəni irsin təbliği sahəsində fəaliyyətimi yüksək qiymətləndirərək məni “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif etdiyinizə görə Sizə səmimi-qəlbdən təşəkkürümü bildirirəm.
Böyük məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, vaxtilə Unudulmaz Liderimiz Heydər Əliyevin etimad göstərib təyin etdiyi vəzifədə uzun müddət Sizin rəhbərliyiniz altında da işləmək mənə nəsib olmuş və mən o böyük insandan gördüyüm qayğı, diqqət və dəstəyi davamlı olaraq Sizdən də görürəm.
Məni belə bir yüksək dövlət təltifinə layiq gördüyünüzə görə bir daha, cənab Prezident, Sizə hədsiz minnətdarlığımı bildirir və Sizi əmin edirəm ki, bu böyük etimadınızı bundan sonra da var qüvvə və bacarığımla doğrultmağa çalışacağam.
Cənab Prezident, bütün ailəmiz adından Sizə, əziz Mehriban xanıma, övladlarınıza, nəvələrinizə möhkəm cansağlığı, xoşbəxtlik arzulayır, möhtəşəm fəaliyyətinizdə daim uğurlar diləyirəm.
Dərin minnətdarlıq hissi ilə,
Dilarə Seyidzadə,
tarix elmləri doktoru.
Azərbaycan Respublikası, Bakı şəhəri.