06 dekabr 2024, 15:08

Yusif Mirzəzadədən, Naxçıvan, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin uzaqgörən və məqsədyönlü siyasətiniz nəticəsində bu gün Azərbaycan Respublikası tarixinin ən parlaq dövrünü yaşayır və biz vətəndaşlar da bundan böyük qürur hissi keçiririk. Bu gün COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq arenada xüsusi çəkiyə və nüfuza malik olduğunu göstərir. Biz bütün bunlara görə Ulu Öndər Heydər Əliyevə və Sizə borcluyuq.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, dövlətimizin tərəqqisi naminə yorulmaz fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram.

Ulu Tanrı Sizi və ailənizi öz pənahında saxlasın!

Hörmətlə,

Yusif Mirzəzadə, tələbə.

Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri.