16 dekabr 2024, 15:58

Əli Xəlilovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən Türkiyədə, İstanbul şəhərində ali təhsil alıram, I kurs tələbəsiyəm.

Türkiyədə olarkən hər dəfə azərbaycanlı olmağın qürurunu yaşadığıma görə Sizə öz dərin təşəkkürümü bildirirəm. Məhz Sizin uğurlu siyasətiniz nəticəsində biz azərbaycanlılar xarici ölkələrdə hər zaman qürurla gəzirik.

Xaricdə oxuyan hər bir azərbaycanlı Sizin, dövlətimizin qayğısını hiss edir. Tam əminik ki, dünyanın harasında olur-olsun Siz bizim təhlükəsizliyimizin qarantı, güvən, ümid yerimizsiniz.

Hər zaman Sizinlə və şərəfli fəaliyyətinizlə fəxr edirəm. Çünki Siz Azərbaycanın nə qədər güclü bir dövlət olduğunu bütün dünyaya bir daha xatırlatdınız. Sizin uğurlu siyasətiniz sayəsində xalqımız xoşbəxt, əmin-amanlıqda yaşayır.

Çox sağ olun, cənab Prezident!

Hörmətlə,

Xəlilov Əli Şaiq oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri.