16 dekabr 2024, 18:00

İrşad Seyidovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Mən, görkəmli Azərbaycan alimi, kimya elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Nadir Seyidovun oğluyam. Bizim ailə hər zaman dövlətçiliyə bağlı olmuşdur. Atam dövlətimizin qayğısını öz fəaliyyətində və həyatında daim hiss etmişdir. Akademikin adının əbədləşdirilməsi üçün paytaxtın Nərimanov rayonunun küçələrindən birinə vaxtilə onun adının verilməsi ailəmiz tərəfindən bu gün də xoş hisslərlə xatırlanır.

Sizin Azərbaycan elminə və alimlərə olan diqqətiniz üçün, akademik Nadır Seyidova verdiyiniz dəyər üçün son dərəcədə Sizə minnətdarıq. Öz adımdan və ailə üzvlərim adından Sizə dərin hörmət və təşəkkürümü bildirirəm.

Sizə və ailənizə can sağlığı, dövlət fəaliyyətinizdə yeni uğurlar arzu edirik.

Hörmətlə,

Seyidov İrşad Nadir oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.