A.S.Məmmədovun Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

20 dekabr 2024, 16:14

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:                                                 

Adış Sakit oğlu Məmmədov Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 dekabr 2024-cü il