Naxçıvan Muxtar Respublikasında yeni istilik elektrik stansiyasının tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

23 dekabr 2024, 13:40

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar dövlət–özəl tərəfdaşlığı imkanlarından istifadə edilməklə Naxçıvan Muxtar Respublikasında elektrik enerjisi istehsalının artırılmasını və elektrik enerjisi ixracının həyata keçirilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti beynəlxalq təcrübə nəzərə alınmaqla Naxçıvan Muxtar Respublikasında yeni istilik elektrik stansiyasının tikintisi üçün potensial tərəfdaş investorlarla danışıqlar aparılmasını, məsləhətçi şirkətlərin cəlb edilməsini, Texniki İqtisadi Əsaslandırmanın və digər layihə sənədlərinin hazırlanmasını və layihənin həyata keçirilməsi ilə bağlı yekun təkliflərin aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılmaqla beş ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsini təmin etsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və digər aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə tikiləcək yeni istilik elektrik stansiyasının ötürücü şəbəkəyə qoşulması və bundan irəli gələn digər zəruri infrastrukturun təkmilləşdirilməsi üzrə işlərin maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin layihənin həyata keçirilməsi mərhələsinə uyğun olaraq dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə (investisiya xərcləri) nəzərə alınmasını təmin etsin;

2.2. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və digər aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:

3.1. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi ilə razılaşdırmaqla istilik elektrik stansiyasının tikilməsi üçün torpaq sahəsi ilə bağlı təkliflərin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə təqdim edilməsini və bundan irəli gələn məsələlərlə əlaqədar müvafiq tədbirlər görülməsini bir ay müddətində təmin etsin;

3.2. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə istilik elektrik stansiyasının Naxçıvan Muxtar Respublikasının enerji sisteminə qoşulması, enerji sisteminin tənzimlənməsi və Naxçıvan Muxtar Respublikasının daxili tələbatının ödənilməsi üçün zəruri olan elektrik enerjisi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

3.3. bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 dekabr 2024-cü il 

SƏNƏDLƏR Fərmanlar 10 mart 2025
13:34
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

10 mart 2025, 13:34
SƏNƏDLƏR Sərəncamlar 07 mart 2025
16:00
Bərdə rayonunun Əmirli–Xanağalı–Uğurbəyli və Alpout–Qarayusifli–Tumaslı avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. On beş min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Əmirli–Xanağalı–Uğurbəyli və...

07 mart 2025, 16:00
SƏNƏDLƏR Sərəncamlar 06 mart 2025
16:30
“Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyun tarixli 1541 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın...

06 mart 2025, 16:30