Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımdan

27 dekabr 2024, 17:30

Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması xəbəri məni dərindən kədərləndirdi. Bu dəhşətli qəzada həyatını itirən insanlara Allahdan rəhmət, yaralananların tezliklə şəfa tapmalarını diləyirəm.

Sizə və qardaş Azərbaycan xalqına başsağlığı verirəm.

Hörmətlə,

 

Binəli Yıldırım

Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri,

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü